Türkiyə səfiri Ağdama səfər edib – FOTObackend

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı işğaldan azad edilmiş Ağdama səfər edib.

Cahit Bağcı səfər çərçivəsində Ağdam Cümə məscidini və Ağdamdakı Şəhidlərin məzarlığını ziyarət edib, həmçinin dağıdılmış binalara baxış keçirib.

“Qarabağ sizin idisə, niyə daşı daş üstündə qoymadınız?

Yandırdınız, məhv etdiniz!

Hətta qəbirləri də dağıtdınız!” – deyə Cahit Bağcı paylaşımına erməni işğalçılarına xitabən yazıb.