Türkiyə səfiri Gürcüstanda yaşayan azərbaycanlılara çağırış etdibackend

“Gürcü dilinin xüsüsi ilə gənc əhali arasında öyrənilməyə davam etməsi gənc azərbaycanlıların Gürcüstanda təhsilə davam etməsi, universitetlərdə, peşə məktəblərində peşə sahibi olmaları və ondan sonra ictimai həyatda iştiraklarına imkan verəcək”.

Bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan deyib.

Səfirin sözlərinə görə, azərbaycanlılar Gürcüstanın dörd bir tərəfində öz töhfələrini verə bilərlər: “Onlar müəllim, həkim, mühəndis olaraq sadəcə Marneuli bələdiyyəsində deyil, Tbilisi bələdiyyəsində, Telavidə, Kutaisidə, Sameqreloda niyə təmsil olunmasınlar?! Azərbaycanlılar Gürcüstanın dörd bir tərəfində öz töhfələrini verə bilərlər və məncə bu önəmli bir mövzudur”.

F.C.Yazqan Azərbaycan kökənli Gürcüstan vətəndaşlarının təhsilinin və sosial-iqtisadi vəziyyətinin inkişaf etdirilməsinin önəmli olduğunu bildirib: “Bunu sadəcə biz – Türkiyə Cümhuriyyəti olaraq etmirik. Bu sahədə Almaniya, İsveçrə, ABŞ-ın da töhfələri olur. Burada önəmli olan Gürcüstan hökumətinin həyata keçirdiyi layihələri dəstəkləmək və onlarla bərabər xalqın da bu layihəyə sahiblənməsidir. Türkiyə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) bu günə qədər Gürcüstanda sadəcə azərbaycanlılara deyil, eyni zamanda Zuqdididə, Butumidə, Acarıstanda, Kartlidə, Şida Kartlidə, Samtsxe Cavaxetidə bir çox layihələr reallaşdır

Xaınm səfir azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsinin böyük turizm potensialına da diqqət çəkib: “Hesab edirəm ki, bu bölgədə turizm sektoru mütləq inkişaf etdirilməlidir. Kvemo Kartlidə bu qədər gözəl yerlər ola-ola, belə qonaqpərvər xalq var ikən mütləq turizmin inkişafı üçün layihələrin edilməsi lazımdır. Bölgənin gözəl bulaqları, yaylaları var. Bunları tanıtmaq lazımdır. Türkiyədən Marneuliyə turist gəldiyi zaman harada istirahət edəcəyi, harada yemək yeyəcəyi, harada gəzəcəyi, oradan Bolnisiyə, Dmanisiyə gedəcəyi yolları bilməlidir. Fikrimcə, bu bölgəni turizmə mütləq qazandırılmalıyıq. Kvemo Kartlidə olarkən hər zaman turistlərin gəlişi, at yarışları, gözəl Azərbaycan və Gürcüstan milli mətbəx nümunələrinin təqdim edildiyi restoranı olan xoş bir yer təsəvvür edirəm. Bütün dünyada aqro turizm inkişaf etdirilir. Kəndlə turizmin birləşdirilməsi ilə kənd sakinləri əlavə gəlir əldə edir. Niyə Kvemo Kartlidə bu olmasın?! Bölgə, Dmanisi, Bolnisi velosiped turu üçün də çox uyğundur”.

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqanın geniş müsahibəsini buradan oxuya bilərsiniz.

Report