Türkiyə Səfirliyi Kəlbəcərdə həlak olanlarla bağlı başsağlığı verdibackend

Türkiyənin Azərbaycandakı Səfirliyi Kəlbəcərdə mülki şəxslərin minaya düşərək həlak olmasına münasibət bildirib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə səfirliyin “Twitter” səhifəsində paylaşım edilib.

“Bu gün Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan AzTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Susuzluq kəndi nümayəndəsi Arif Əliyevə Allahdan rəhmət, kədərli ailələrinə və Azərbaycan mediasına başsağlığı, yaralılara şəfalar diləyirik”, – paylaşımda belə deyilir.