Türkiyə Suriyanın şimalında təhlükəsizlik zonası yaratdıbackend

Suriya ilə bağlı razılaşmaların tamamilə yerinə yetirildiyini söyləmək mümkün olmasa da, fəaliyyətimiz davam edir. 145 kilometr uzunluğunda və 30 kilometr dərinliyində təhlükəsiz bölgə təmin edilib.

Türkiyə mediası bildirir ki, bunu ölkənin müdafiə naziri Hulusi Akar deyib.

“Türkiyə Silahlı Qüvvələri İŞİD-lə üz-üzə savaşan tək ordudur. Üç mindən artıq radikal İŞİD-çini Suriyanın şimalında zərərsizləşdirdik. İraqın şimalında isə 700 İŞİD terrorçusu zərərsizləşdirilib. Əməliyyat nə vaxta qədər davam edəcək” deyirlər. Əməliyyatlarımız ən son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək”, – deyə H. Akar əlavə edib.