Türkiyə və Azərbaycan arasında pasport rejimi ləğv edilirbackend

Azərbaycan və Türkiyə vətəndaşları ölkələrini sadəcə şəxsiyyət vəsiqəsilə ziyarət edə biləcək.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tvitter səhifəsində yazıb.

“Qardaşım Ceyhun Bayramov ilə imzaladığımız protokolla Türkiyə-Azərbaycan arasında çox yaxında sadəcə şəxsiyyət vəsiqələrimiz ilə səyahət edə biləcəyik. “Bir millət, iki dövlət”ə elə bu yaraşar! Xeyirli olsun”, – o qeyd edib.