Türkiyə və Pakistan Silahlı Qüvvələri hərbi təlimlər keçirirbackend

Türkiyə və Pakistan Silahlı Qüvvələri “Atatürk- 2021” birgə hərbi təlimlərinə başlayıb.

“Yeni Gündəm” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hərbi təlimlərin açılış mərasimi Pakistanın Hayber-Paxtunxva əyalətinin Tarbela bölgəsindəki hərbi bazada təşkil edilib.

Pakistan Silahlı Qüvvələri komandanlığı iki ölkə ordularının qarşılıqlı əlaqələrini gücləndirməyə yönəlmiş təlimlərin üç həftə davam edəcəyini bildirib.

Qeyd edək ki, sözügedən təlimlər 1998-ci ildən bəri hər iki ölkədə xüsusi qüvvələr bölmələrinin iştirakı ilə növbəli olaraq baş tutur.

Türkiyədə təlimlər “Cinnah” (Məhəmməd Əli Cinnah – Pakistanın ilk general-qubernatoru və ölkənin qurucu şəxsiyyəti-red.), Pakistanda isə “Atatürk” adı altında keçirilir.