Türkiyə XİN: “Azərbaycan necə istəsə, o şəkildə yanında olacağıq”backend

“Ermənistan silahlı qüvvələrinin bu səhər atəşkəsi pozaraq cəbhə xəttində Azərbaycan ordusu ilə Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Ortaqərvənd,  Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndlərinə ağır silahlarla intensiv şəkildə atəşə tutulduğu barədə məlumat aldıq. Beynəlxalq hüququn açıq şəkildə pozulması və mülki vətəndaşların ölümünə səbəb olan Ermənistanı şiddətlə qınayırıq. Bu hücumlarla Ermənistan bölgədə sülh və sabitliyin qarşısında ən böyük maneə olduğunu bir daha nümayiş etdirdi”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi (XİN) açıqlayıb:

“Azərbaycan, xalqını və ərazi bütövlüyünü qorumaq üçün qanuni müdafiə haqqını əlbəttə istifadə edəcək. Bu prosesdə bir ürək olaraq Türkiyənin Azərbaycana dəstəyi tamdır. Azərbaycan necə istərsə, o şəkildə yanında olacağıq.

Beynəlxalq ictimaiyyəti də haqlının yanında olmağa çağırırıq.

Şəhid olan azərbaycanlı qardaşlarımıza rəhmət, yaralılara şəfa diləyir, Can Azərbaycana başsağlığı veririk”.