Türkiyə XİN: Krımdakı Duma seçkilərini tanımırıq, ora Ukrayna ərazisidirbackend

“Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə davam edir. Krımın qanunlara zidd olan ilhaqını tanımır”.

Türkiyənin xarici işlər nazirliyinin sözçüsü Tanju Bilgiçin Krımda gerçəkləşən seçimlər barədə jurnalistlərin sualına belə cavab verib.

Sentyabrın 17-si və 19-u aralığında Rusiya Dumasına seçki keçirilib.

Seçki prosesinə Krım da cəlb edilib.

Tanju Bilgiç bildirib ki, seçkinin Krım bölgəsi üzrə nəticələrinin Türkiyə üçün hüquqi gerçəkliyi yoxdur.