Türkiyə XİN Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdibackend

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Yeni Gundem” xəbər verir ki, bununla bağlı Türkiyə XİN bəyanat yayıb.

“İşğal altındakı torpaqlarını qəhrəman mübarizə nəticəsində azad edən qardaş Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edirik.

Azərbaycan Ordusunun bu tarixi qələbəsi həm də bütün regionda davamlı sülh və əmin-amanlıq ümidlərinin yaranmasında mühüm rol oynayıb.

Türkiyə işğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası da daxil olmaqla bütün Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın artırılması üçün Azərbaycanla tam həmrəylik və koordinasiya şəraitində fəaliyyət göstərməyə davam edəcək”, – bəyanatda deyilir.