Türkiyədə avtobus aşdı – 2 ölü, 16 yaralıbackend

Türkiyənin Samsun vilayətinin Atakum rayonunda bələdiyyə işçilərini daşıyan avtobus aşıb.

“Yeni Gündəm”  “CNN Türk”ə istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Qəza yerinə təcili yardım və xilasetmə qrupları cəlb edilib. Yaralanan şəxslər xəstəxanaya yerləşdirilib.