Türkiyədə dəhşətli yol qəzası – 5 ölü, 38 yaralıbackend

Türkiyənin Konya vilayətinin Karapınar şəhərində dəhşətli yol qəzası baş verib. Yol kənarına aşan yük maşınına yardım etmək üçün dayanan minik avtomobilinə avtobus çırpılıb. Toqquşmadan sonra yol kənarına aşan avtomobil və avtobusda 5 nəfər həyatını itirib, 38 nəfər xəsarət alıb.

“Yeni Gündəm” xəbər verir ki, qəza gecə saat 03:30 radələrində baş verib. Ahmet Kurtun idarə etdiyi yük maşını sürüşkən yol səbəbindən idarəetməni itirərək yol kənarına aşıb. Həmin an yoldan keçən Rahim Ergünay idarə etdiyi avtomobili yolun sağında saxlayaraq yük maşını sürücüsünün köməyinə qaçıb. Bu vaxt Ümit Özkanın idarə etdiyi avtobus yolun sağında park edilmiş avtomobili vurub.

Qəzada 2 nəfər avtomobildə, 3 nəfər avtobusda olmaqla 5 nəfər həyatını itirib, 38 nəfər yaralanıb. Yaralılar təcili yardım maşınları ilə Karapınar və Konya xəstəxanalarına aparılıb.

Qəzada ölən və yaralanan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi işlərinin davam etdiyi bildirilib.