Türkiyədə erməni əsilli şəxs qubernator oldubackend

Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə erməni əsilli şəxs qubernator olub.

Bu Denizli bölgəsinin Babadağ vilayətinə rəhbərlik edəcək 27 yaşlı Berk Acardır.

B. Acar 1995-ci ildə İstanbulda anadan olub və özəl Sahakyan Nunyan erməni orta məktəbində oxuyub. 2000-ci ildə Bilgi Universitetinin Hüquq fakültəsini bitirib. 110-cu qubernatorluq imtahanına qatılan Acar yazılı imtahanda 13 min 374 nəfər arasında 72-ci olub. Müsahibə üçün dəvət edilən 475 nəfər arasında uğur qazanan erməni əsilli şəxs qubernator vəzifəsinə təsdiqlənib.

Qafqazinfo