Türkiyədə güllələnən azərbaycanlı aktyor bu gün öldübackend

İstanbulda başından güllə yarası alaraq reanimasiyaya yerləşdirilən həmyerlimiz, aktyor Kamran Dadaşzadə dünyasını dəyişib.

“Yeni Gündəm”-in məlumatına görə, onun ölümü İstanbul Cərrahpaşa xəstəxanası tərəfindən təsdiqlənib.

Ailəsi aktyorun İstanbulun Silivri məzarlığında dəfn ediləcəyini bildirib.