Türkiyədə iki terrorçu zərərsizləşdirildibackend

Türkiyədə “Eren-13” əməliyyatları çərçivəsində daha iki terrorçu zərərsizləşdirilib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyat Şırnakın Qabar dağı bölgəsində həyata keçirilib.

Nazirlik xatırladıb ki, bundan əvvəl “Eren” əməliyyatı ilə Hakkaridə bir terrorçu zərərsizləşdirilmişdi.