Türkiyədə Kəbəni təhqir edən 4 nəfər saxlanıldıbackend

Dünən İstanbulda Kəbənin fotosunun Boğaziçi Universitetinin qarşısında yerə sərilməsi ölkədə səs-küyə səbəb olub.

“Yeni Gündəm” xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunda faktla bağlı “xalqın bir qisminin mənimsədiyi dini dəyərləri bilərəkdən təhqir etmə” maddəsi ilə araşdırma başladılıb.

Dəyanət İşləri sədri Ali Erbaş faktı kəskin pisləyib.

Türkiyə daxili işlər naziri Süleyman Soylu insidentlə bağlı 4 nəfərin saxlanıldığını açıqlayaraq həmin şəxslərin LGBT üzvü olduqlarını qeyd edib.

AKP sözçüsü Ömər Çəlik də məsələyə biganə qalmayıb: “Kəbəyə qarşı hörmətsizliyi kəskin qınayırıq. Kəbə insanlıq dəyərlərinin zirvəsidir. Heç bir çirkinlik Kəbəyə zərər verə bilməz. Elmin və dəyərlərə hörmətin hakimliyinin zəruri olduğu universitetdə gerçəkləşdirilən bu əməl təxribatdır”.