Türkiyədə meşə yanır – Videobackend

Türkiyənin Marmaris şəhərində geniş miqyasda meşə yanğını başlayıb.

“Yeni Gündəm” “Son dakika”ya istinadən xəbər verir ki, meşəlik ərazidə baş verən yanğına havadan və qurudan müdaxilə edilir.

Muğla Meşə Region Müdirliyinin helikopterləri, inşaat texnikası və çox sayda meşə işçisi yanğının söndürülməsinə cəlb edilib.

Güclü külək səbəbindən yanğın genişlənməkdə davam edir.