Türkiyədə qayıq batdı – 6 nəfər öldübackend

Türkiyənin Van bölgəsində göyərtəsində qaçqınlar olan qayığın batması nəticəsində 60-a yaxın insan itkin düşüb. 

“Yeni Gündəm” xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözləriə görə, qayıqda təxminən 55-60 qaçaq miqrant olub. Qayıq Van gölündə qəzaya uğrayıb. Nazir bildirib ki, 6 nəfərin meyiti tapılaraq sudan çıxarılıb.

S.Soylu deyib ki, hadisə ilə əlqədar 11 nəfər tutulub.