Türkiyədə seldə zədələnən bina belə uçuruldu – Anbaan videobackend

Türkiyənin Kastamonu vilayətinin Bozqurd rayonunda sel fəlakətində zədələnən bina uçurulub.

“Yeni Gündəm” TRT-yə istinadən xəbər verir ki, avqustun 11-də Ezinə çayının daşması nəticəsində yararsız hala düşən binanın uçurulub yenidən inşa edilməsinə qərar verilib.

10 mərtəbədən ibarət binanın dağılması və ətrafı toz-duman bürüməsi isə kameraların yaddaşına köçürülüb.