Türkiyədə yüzlərlə polisin intiqam andı qalmaqal yaratdı – Videobackend
Türkiyədə sosial şəbəkələrdə “Polis Akademiyasında intiqam andı” başlığı ilə video yayılıb.

“Yeni Gundem”in məlumatına görə, görüntülərdə yüzlərlə polisin şəhid və qazilərin intiqamını alacağı ilə bağlı andı eşidilir.

Polis Akademiyası müzakirələrə səbəb olan video ilə bağlı açıqlama yayıb.

Açıqlamada görüntülərin 2017-ci ilə aid olduğu qeyd olunub: “29 dekabr 2019-cu il tarixində yeni hadisə kimi sosial şəbəkələrdə yayılan video ilk dəfə 24 mart 2017-ci ildə paylaşılıb. Sözügedən görüntülərin həmin ilin martında bir polis məktəbində çəkildiyi müəyyənləşdirilib. Faktla bağlı lazımi tədbirlər görülüb”.