Türkiyədə zəlzələ olubbackend

Türkiyənin Manisa əyalətində 3,6 bal gücündə zəlzələ olub.

“Yeni Gündəm”in türk mətbuatına istinadən məlumatına görə, insident yerli saatla 20:45 radələrində baş verib. Yeraltı təkanların episentri Qırxağac rayonunda, ocağı isə 1,4 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.