Türkiyədən Pakistana 11 təyyarə və 2 qatar yardım ləvazimatları göndərildi – FOTObackend
Türkiyədən Pakistana 11 təyyarə və 2 qatar yardım ləvazimatları göndərilib.
”Yeni Gündəm” xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Daxili işlər naziri Süleyman Soylu və Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum sel fəlakətinin baş verdiyi Pakistana gedib.
Hər iki nazir İslamabadda Pakistanın baş naziri Şahbaz Şəriflə görüşüb.
Daxili işlər naziri Süleyman Soylu verdiyi açıqlamada indiyə qədər Pakistana 11 təyyarə ilə yardım ləvazimatlarının gətirildiyini bildirib.
Soylu yardım ləvazimatları ilə yüklənmiş 2 qatarın da Pakistana getdiyini və üçüncü qatarın hazırlandığını vurğulayıb:
“Həm hökumətimiz, həm də bütün qeyri-hökumət təşkilatlarımız hazırda böyük bir kampaniya içərisindədir. Təxminən 10 min çadır göndərilib. 25 min qida paketi, o cümlədən sağlamlıq ləvazimatları və dərmanlar, uşaq qidaları, paltarlar və fövqəladə hallar mərkəzinin tələb etdiyi qayıqlar çatdırılıb”, – deyə nazir bildirib.
Qeyd edək ki, sel fəlakəti yaşanan bölgədə Türkiyədən çox sayda insan çalışır.
1

1