Türkiyədən qaçıb Yunanıstandan sığınacaq istədilərbackend

Türkiyədən qaçan 6 FETÖ terror qruplaşmasının üzvü Yunanıstana sığınıb. Busaat.az xəbər verir ki, bu barədə yunan KİV orqanları məlumat yayıb.

Qeyd olunub ki, ötən gün FETÖ üzvlərini daşıyan bir yelkənli qayıq Krit adasının qərbində yerləşən Sitiya Körfəzinə çatıb. Özlərini “Gülənçi” adlandıran 2-si qadın olmaqla 6 nəfər Yunanıstan hökumətinə sığınacaq üçün müraciət edib.

KİV qeyd edir ki, həmin şəxslərdən “COVID-19” testi götürülüb və Sitia Xəstəxanasında karantinə alınıblar. FETÖ üzvlərinin müraciətlərinə isə qurumlar tərəfindən baxılacaq.