“Türkiyədən və Türk əsgərindən imtina etməyəcəyik” – Ersin Tatar Anastasiadesə cavab verdibackend

Ana Vətən Türkiyə 1960-cı ildən bəri dəfələrlə bəyan edib ki, beynəlxalq müqavilələrdən irəli gələn qarantlıq hüququndan əl çəkməyəcək. Kipr türk xalqının Türkiyənin zəmanətindən əl çəkməsi mümkün deyil”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Kipr rum tərəfinin prezidenti Nikos Anastasiadesə cavabında deyib.

Ersin Tatar bildirib ki, Kıbrıs Cümhuriyyətinin qurulmasını Enosis üçün bir tramplin olaraq xarakterizə edən Yunan-rum ikilisi Cümhuriyyətin ilk günlərindən Zəmanət Müqaviləsini dəyişdirmək və təhdid olaraq gördükləri Türkiyənin qarantlığını aradan qaldırmaq üçün hərəkətə keçib.

“Bu istiqamətdə təşəbbüslər irəli sürdülər.Təşəbbüslər gündəmə gələndə Ana Vətən Türkiyə və Kipr Türk xalqı buna qarşı çıxdı və Türkiyənin zəmanətinin götürülə bilməyəcəyi ifadə edildi. O vaxtdan yunan tərəfi Türkiyənin qarantının ləğvini  və türk əsgərlərinin Kiprdən çıxarılmasını tələb edir. Bu mümkün olmayan bir xəyaldır. Ana Vətən Türkiyə və bütün Kipr Türk xalqı buna qarşıdır. Bunun son nümunəsini Krans Montanada gördük. Krans Montanada “sıfır əsgər, sıfır zəmanət” deyən Kipr Rum Administrasiyasının prezidenti Anastasiadisə lazımi cavab verildi”,-deyə o bildirib.

“Xalqımız keçmişdə baş verənləri çox yaxşı bilir və xatırlayır. 23 dekabr 1963-cü ildə Enosisi hədəf alan Qanlı Milad hücumlarında türk təyyarələri Lefkoşa üzərində uçmasaydı, Kipr türk xalqı qırılacaq və məhv ediləcəkdi. Türk təyyarələri Erenköy Müqavimətinə müdaxilə etməsəydi, mücahidlərimiz və bölgə xalqı dənizə töküləcəkdi. Ana vətən Türkiyənin müdaxiləsi olmasaydı, Geçitkale-Boğaziçi bölgəsində başlayan qırğın bütün adaya yayılacaqdı. Ana Vətən Türkiyə 15 iyul 1974-cü il dövlət çevrilişinə qarşı 20 iyul 1974-cü il Sülh Əməliyyatını həyata keçirməsəydi, bu gün Kiprdə bir türk belə qalmazdı və Kipr Yunanıstana çevrilərdi. Biz öz vətənimizdə, öz dövlətimizin damı altında azad və suveren yaşayırıqsa, bunu Ana Vətən Türkiyənin qarantiyasına borcluyuq”, Ersin Tatar bəyan edib.