Türkiyəli aktrisanın ailəsi dağıntılar altında qalıb – FOTObackend

Türkiyədə baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində dağıntılar altında qalan şəxslər arasında aktrisa Melisa Aslı Pamukun ailəsi də var.

“Yeni Gundem” xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb. Onun sözlərinə görə, bu gün səhər saatlarında Kahramanmaraşdakı zəlzələdə nənəsi və xalası dağıntılar altında qalıb. Melisa paylaşımında ünvanı qeyd edərək, ailəsinə kömək edə biləcək şəxslərə müraciət edib:

“Nənəm yeriyə bilmir, xəstədir. Xalamla birlikdə binada qapalı qalıblar. Mənzildə vəziyyət necədir bilmirik. Bölgədə kömək edə biləcək kimsə var?”.

Qeyd edək ki, son açıqlanan rəsmi məlumata görə, zəlzələ nəticəsində 284 nəfər həlak olub, 2323 nəfər isə yaralanıb. Bununla yanaşı, 1710 binanın uçduğu, ölü sayının artacağı bildirilib.

Onu da qeyd edək ki, Melisa hazırda “Ego” serialında rol alır.

Axşam.az