Türkiyəli basketbolçu evində ölü tapıldıbackend

Türkiyənin basketbol üzrə “Çorlu Bələdiyyəsi Gənclik və İdman klubu” komandasının kapitanı Ziya Berhan Kılıç evində ölü tapılıb.

“Yeni Gündəm” xəbər verir ki, 29 yaşlı idmançı komandanın dünənki məşqinə qatılmayıb.

Klub üzvləri ona zəng etsə də, zənglərə cavab verməyib. Bundan sonra yaxınları onun evinə yollanıb və cəsədini tapıblar.