Türkiyəli futbolçu Azərbaycan millisindən imtina etdibackend

Türkiyənin “Kayserispor” klubunun futbolçusu Hasan Hüseyin Acar Azərbaycan yığmasında oynamaqdan imtina edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə futbolçu üçün DHA agentliyinə müsahibəsində açıqlama verib.

Yarımmüdafiəçi Türkiyə millisində oynamaq istədiyi üçün AFFA-dan gələn təklifə yox dediyini bildirib:

“Öz yığmamızda oynamaq istəyirəm. Azərbaycandan təklif aldım, lakin orda çıxış etmək fikrim yoxdur. Türkiyə yığması əsas hədəflərimdən biridir”.