Türkiyənin 6 məşhur serialı cəzalandırıldıbackend

Türkiyə Televiziya və Radio Şurası (RTÜK) 6 serialı cəzalandırıb.

“Yeni Gündəm” xəbər verir ki, bunlar “Sen çal kapımı”, “Baraj” (FOX TV), “Kırmızı oda” (TV8), “Sefirin kızı” (Star TV), “Çukur”, “Arıza”dır (Show TV).

Baş rolları Kerem Bürsin və Hande Erçelin oynadığı “Sen çal kapımı”ndakı vanna otağı səhnəsinin “türk ailə quruluşuna zidd” olduğu vurğulanıb.

“Kırmızı oda” serialında gənc bir qıza qarşı fiziki və psixoloji zorakılığın tətbiq edildiyi səhnələrə məsul yayım orqanlarının məhəl qoymadığı qənaətinə gəlinib və yayım prinsiplərini pozduğu üçün kanala cərimə tətbiq olunmasına qərar verilib.

“Baraj”da isə qadın-kişi bərabərliyinin pozulması, qadınlara qarşı zülmü təşviq edən və təcavüz səhnələrinə yer verilib.

“Sefirin kızı”nda qadına şiddət təşviq olunub, “Çukur”da şiddət səhnələri və söyüşlərə yer verilib, “Arıza”da Türkiyə türkçəsinin kobud, qeyri-kafi istifadəsi, uşaqların fiziki, əqli və mənəvi inkişafına zərər verə biləcək səhnələr göstərilib.

Bu səbəbdən kanalların hər biri barəsində pul cəzası tətbiq olunub.