Türkiyənin Baş Qərargah rəisi Azərbaycandadırbackend

Sentyabr 5-də Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ölkəmizə səfər edib.

Bu barədə “Yeni Gündəm”-ə Müdafiə Nazirliyindən məlumat verilib.

İşgüzar səfər çərçivəsində ordu generalı Y.Gülerin Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2022” dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisini ziyarət etməsi və bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.