Türkiyənin BU ADDIMI ABŞ-ı qorxuya saldı: Əməkdaşlığa əngəldirbackend

Türkiyənin tələb etdiyi müdafiə sistemlərini satmaqdan bir bəhanə ilə yayınan və hər fürsətdə təxirə salan ABŞ öz qorxularını gizlədə bilmir.

“Yeni Gündəm” xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Conatan Hoffman Türkiyənin “S-400” sistemlərini sınaqdan keçirməsindən narahatlığını dilə gətirib.

“Pentaqon Prezident Rəcəb Tayyib Ərdoğanın təsdiqlədiyi kimi, Türkiyənin oktyabrın 16-da “S-400” hava müdafiə sistemlərinin sınaqlarını ciddi şəkildə qınayır. Mövqeyimizi tərəddüd etmədən açıqladıq, “S-400” sistemləri Türkiyənin NATO və ABŞ-la müttəfiqlik prinsipləri ilə üst-üstə düşmür”, – Pentaqon rəsmisi bildirib.

Türkiyənin Rusiyadan bu sistemləri almasına etiraz etdiklərini bildirən Hoffman vurğulayıb: “Münasibətlərimiz üçün ciddi problemlər yaratmaq riski daşıyan bu sınaqlara etiraz edirik”.

Hoffman Türkiyənin “S-400” satın alması səbəbindən “F-35” proqramından çıxarıldığını xatırladıb: “S-400”-lər digər sahələrdəki əməkdaşlığımıza da əngəl olur”