Türkiyənin ilk milli kəşfiyyat gəmisi dünya gündəmindəbackend

Türkiyənin ilk kəşfiyyat gəmisi TCG Ufuk dünyanın diqqətindədir. Yanvarın 14-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi mərasimdə dənizə buraxılan gəmi bir çox xüsusiyyətlərinə görə fərqlənir. Mərasimlə bağlı xəbərlərində geniş yer ayıran dünyanın aparıcı hərbi müdafiə üzrə nəşrləri prosesi diqqətlə izləyir. Həmin xəbərlərdə Türkiyənin bu sahədə ilk 10 ölkə sırasına daxil olduğu bildirilir.

Bununla bağlı “Yeni Gündəm”-ə yanvarın 27-də Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, TCG Ufuk milli və yerli avadanlıqları ilə ingilisləri, fransızları və çinliləri xüsusilə maraqlandırıb. Məsələn İngiltərənin “Janes Defence” nəşrində “TCG Ufuk gəmisi sərt iqlim və dəniz şəraitində açıq dənizdə 45 gün tapşırığı yerinə yetirə bilər” deyə vurğulanıb. Çinin “Xinhua” rəsmi xəbər agentliyi “Türkiyə belə bir gəmiyə sahib dünyanın 10 ölkəsindən biri oldu” ifadələrinə yer verib. Fransanın “Navalnews” nəşri isə gəminin texniki xüsusiyyətlərinə diqqət yetirib.

Xatırladaq ki, TCG Ufuk gəmisinin komanda idarəetmə, elektronika, sınaq və təlim sistemi avadanlıqları ASELSAN tərəfindən hazırlanıb.