Türkiyənin Malatya bölgəsindəki zəlzələ – yaralananlar varbackend

Bu gün Türkiyənin Malatya bölgəsindəki zəlzələ zamanı ilkin təxminlərə görə, 22 bina dağılıb.

Bunu Türkiyənin milli təhsil naziri Mahmut Özer deyib.

O, 20 nəfərin xəstəxanaya yerləşdirildiyini, ölənlərin olmadığını vurğulayıb.

O beş nəfərin dağıntılar altından çıxarıldığını deyib.

AFAD rəhbəri Yunus Sezer isə 1 nəfərin öldüyünü, 69 nəfərin yaralandığını bildirib./APA