Türkiyənin Qarabağda necə təmsil olunacağı ilə bağlı daha bir açıqlamabackend

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyənin Dağlıq Qarabağda ortaq sülhməramlı missiyada təmsil olunacağını bildirib.

“Yeni Gündəm”-in xəbərinə görə, H. Akar bu barədə Türkiyə Böyük Millət Məclisində Milli Müdafiə Nazirliyinin 2021-ci il üzrə büdcə müzakirələrində bildirib.

Nazir qeyd edib ki, Türkiyə Azərbaycan, Ermənistan və Rusiya arasında əldə olunan razılaşmanın icra olunmasına nəzarət etmək üçün ortaq sülhməramlı missiyada təmsil olunacaq.