Daha sonra Qazi Universitetinin Texnologiya fakültəsinin dekanı Prof.Dr. Süleyman Tekeli AzTU-nun professor-müəllim heyəti və tələbələri qarşısında rəhbərlik etdiyi fakültə haqqında geniş təqdimatla çıxış edib. Bildirib ki, Texnologiya fakültəsi Avropada ən geniş kampus sahəsi olan fakültədir. Prof.Dr. Süleyman Tekeli AzTU ilə ikili diplom haqqında müqavilənin imzalandığı müvafiq ixtisaslar barədə də məlumat verib. Dekan onu da vurğulayıb ki, yeni tədris ilindən tələbələr Elektrik və elektronika ixtisası üzrə ikili diplom proqramına qəbul olunacaq və onlar hər iki ali məktəbin diplomlarına sahib olacaq.
Qeyd edək ki, səfər çərçivəsində Qazi Universitetinin professor-müəllim heyəti AzTU-nun müxtəlif kafedralarında görüşlər keçirəcək, əməkdaşlıq və birgə layihələrlə bağlı müzakirələr aparacaqlar.