Türkiyənin Suriyadakı hərbi bazalarına hücum edildibackend

Türkiyənin Suriyadakı hərbi bazalarına hücum edilib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi twitter səhifəsində məlumat yayıb.

Məlumatda bildirilir ki, PKK/YPG terror təşkilatının dəstələri Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı dislokasiya zonasına hücum edib.

Məlumata görə, hücum nəticəsində 4 nəfər yaralanıb. Hücumlar “Zeytun Budağı” və “Fərat Qalxanı” əməliyyatları zonalarında həyata keçirilib. “Müəyyən hədəflər cavab atəşi ilə məhv edilib”, -deyə məlumatda qeyd olunur.

Fərahim Rəhimov