Türkiyənin vitse-prezidenti Azərbaycana başsağlığı verdibackend

Türkiyənin vitse-prezidenti Fuat Oktay 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar olaraq Azərbaycan xalqına başsağlığı verib.

“Yeni Gündəm” xəbər verir ki, o, bu barədə tviter səhifəsində paylaşım edib.

“1990-cı il yanvarın 20-də can Azərbaycanın müstəqilliyi üçün həyatlarını qurban verən qardaşlarımızı rəhmətlə anırıq”, – paylaşımda qeyd olunub.