Türkiyəyə daha 6,5 milyon doza peyvənd gətirildi – Fotolarbackend

uçuşunu həyata keçirən təyyarə İstanbula çatıb.

“Yeni Gündəm” “Hürriyet”ə istinadən xəbər verir ki, Çin istehsalı “CoronaVac” peyvəndlərinin daşındığı Türk Hava Yollarına məxsus “TK 6175” uçuş nömrəli “Boeing 777” tipli təyyarə saat 06:15-də İstanbul Hava Limanına enib.

Peyvəndlərin saxlanıldığı konteynerlər gömrük prosedurlarından keçdikdən sonra təyyarədən götürülərək anbarlara aparılıb.

Təyyarədə 6,5 milyon doza peyvəndin olduğu, ümumilikdə ikinci partiya çərçivəsində isə daha 3,5 milyon doza peyvəndin gətirələcəyi qeyd olunub.

   

Peyvəndlər təhlükəsizliyin yoxlanılması üçün 14 günlük sınaq müddətindən keçəcək. Bu 14 günlük mərhələdən sonra peyvəndlərin təhlükəsizliyi təsdiq olunduğu təqdirdə, təcili istifadəyə icazə veriləcək.

Qeyd edək ki, Türkiyədə 14 yanvardan etibarən 1 milyon 200 mindən çox insan koronavirusa qarşı peyvənd olunub