Türkiyəyə getmək istəyənlərin nəzərinəbackend

Türkiyə hökuməti ölkəyə gələn 12 yaşadək uşaqların PCR test və ya antigen ekspress-test verməməsinə icazə verib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daha əvvəl 6 yaşınadək uşaqların PCR test vermədən ölkəyə daxil olmasına icazə verilirdi. Yeni qaydalar sonradan yenidən baxılması şərtilə sentyabrın sonunadək qüvvədə olacaq.