Türkiyəyə göndərilən sonuncu qrup Bakıya qayıtdı – VİDEObackend

Türkiyədə baş vermiş meşə yanğınları ilə mübarizə məqsədilə qardaş ölkəyə göndərilən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri avqustun 16-dan etibarən hissə-hissə Azərbaycana qayıdıb.

FHN-dən “Yeni Gündəm”-ə verilən məlumata görə,  FHN-in xüsusi texnika və canlı qüvvəsindən ibarət sonuncu qrup da bu gün səhər saatlarında ölkə ərazisinə daxil olub.

Hazırda həmin qüvvələr daimi dislokasiya yerlərinə doğru istiqamət alıb.

Xatırladaq ki, FHN-in yanğın-xilasetmə qüvvələrinin ilk iki qrupu təyyarə avqustun 16-da geri qayıdıb.