Türkiyəyə məxsus şəxsi təyyarə İrəvana endi – FOTObackend

Sosial şəbəkələrin erməni seqmentində yayılan xəbərlər Ermənistan cəmiyyətini əməlli-başlı şoka salıb.

“Yeni Gündəm” xəbər verir ki, yayılan məlumatlarda Türkiyəyə məxsus şəxsi təyyarənin İrəvana endiyi əks olunub.

Bu təyyarənin kimə məxsus olduğu və Ermənistana hansı məqsədlə uçduğu haqda heç bir məlumat yoxdur.

Qeyd edək ki, bu məsələ sosial şəbəkələrin erməni seqmentində ciddi rezonans doğurub və geniş müzakirələrə səbəb olub.

Ermənilər Türkiyəyə məxsus təyyarənin İrəvana eniş etməsini biabırçılıq adlandırıblar.

Konkret.az