Tutqun payız əhval-ruhiyyəsindən necə xilas olmalı?backend

Bir diyetoloq payızda pis əhval-ruhiyyədən qurtulmağa kömək edəcək 6 qidanın adını çəkib.
“Payız aylarında bir çox insanlar mövsümi affektiv pozğunluqdan əziyyət çəkirlər, bu vəziyyət aşağı enerji səviyyəsinə və mənfi əhval-ruhiyyəyə səbəb olur. Bunların qarşısını almaq üçün Cambridge Weight Planının dietoloqu Mark Gilbert payız əhval-ruhiyyəsi ilə mübarizə aparmağa kömək edəcək altı qidanın adını çəkib.

“Bu məhsullar yorğunluğu aradan qaldırmaq üçün lazım olan qidaları ehtiva edir. Onların arasında maqnezium, kreatin və dəmir var:

Beləliklə, ekspertin fikrincə, həmin məhsullar aşağıdakılardır:

  1. tünd şokolad;
  2. yağlı balıq;
  3. banan;
  4. Qırmızı ət;
  5. avokado;
  6. qoz-fındıq

Həmçinin o qeyd edib ki, yeməkdən əlavə, təmiz havada gəzinti, isti içkilər, sevimli hobbi, dostlar və ailə ilə ünsiyyət mövsümi affektiv pozğunluqdan qurtulmağa kömək edə bilər.

Mənbə: mail.ru

Aynur Camal