Üç dəqiqəlik video müsabiqəsi elan olunubbackend

Həvəskar rejissor və videooperatorlar arasında “Chiayi beynəlxalq üç dəqiqəlik video” müsabiqəsi elan olunub.

“Yeni Gündəm” xəbər verir ki, videolar üçün tələb olunan xronometraj 3 dəqiqədən artıq olmamalıdır.
İştirakçılar mövzu seçimində sərbəstdirlər. Müsabiqə bir neçə nominasiya üzrə keçiriləcək. Birinci yerin qalibinə 10 min ABŞ dolları məbləğində pul mükafatı veriləcək.

Müsabiqə haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün https://filmfreeway.com/2021ThreeMinutesVideoCompetition linkinə daxil ola bilərsiniz.

Ayşən Rəhim