Üç ölkə Yapon dənizində birgə hərbi təlim keçirirbackend

Cənubi Koreya, ABŞ və Yaponiya Şərq dənizində üçtərəfli birgə təlimlərə başlayıb.

“Yeni Gundem” xəbər verir ki, məlumatı Koreyanın Yonhap nəşri yayıb.

Məlumatlara görə, ölkələr təlimlərə 3 döyüş təyyarəsi daxil edib.

Nəşr yazır ki, Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyanın təxribatçı hərəkətləri, o cümlədən aprelin 13-də bərk yanacaqla işləyən ballistik raketin buraxılışı fonunda təhlükəsizlik sahəsində koordinasiyanı gücləndirmək qərarına gəliblər.

Təlimlər zamanı kompüter simulyasiyalarından istifadə etməklə ballistik raket hədəflərinin aşkarlanması və izlənilməsi prosedurları həyata keçiriləcək. Ölkələr həmçinin informasiya mübadiləsi baxımından koordinasiyanı təkmilləşdirəcəklər.

Təlimdə Cənubi Koreyanın “Yulqok Yi I”, Amerikanın “USS Benfold” və Yaponiyanın “JS Atago” gəmiləri də daxil olmaqla üç esmines iştirak edir. Bu formatda üçtərəfli təlimlər sonuncu dəfə fevral ayında dövlətlər tərəfindən keçirilib.

Fərahim Rəhimov