Üç ölkənin deputatları Şuşada toplaşacaqbackend

Gələn həftə Şuşa şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçiriləcək.

“Yeni Gündəm”-in xəbərinə görə, toplantı mayın 22-də baş tutacaq.

İclasda müzakirə olunacaq məsələlər isə yaxın günlərdə bəlli olacaq.