Üç ölkənin parlament nümayəndələri Tbilisidə bir araya gələcəkbackend

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli iclası keçiriləcək.

“Yeni Gundem” xəbər verir ki,Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, komitə sədrinin müavini Sevinc Fətəliyeva, komitənin üzvləri Nigar Arpadarai və Nəsib Magemalıyev martın 5-dən 7-dək Tbilisidə keçiriləcək üçtərəfli görüşdə iştirak edəcəklər.

Görüşdə regional əməkdaşlıq, parlamentlərarası əlaqələrin inkişafı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Səfər çərçivəsində deputatların Gürcüstan parlamentində və Xarici İşlər Nazirliyində bir sıra görüşləri nəzərdə tutulub.

Fərahim Rəhimov