Uçot dərəcəsi 15% artırıldıbackend

Ukrayna Milli Bankı (UMB) uçot dərəcəsini kəskin şəkildə – illik 10%-dən 25%-ə qədər artırmaq barədə qərar qəbul edib.

“Yeni Gündəm” bu barədə tənzimləyicinin bəyanatına istinadən xəbər verir.

“UMB İdarə Heyəti uçot dərəcəsini 25%-ə qaldırmaq qərarına gəlib. Belə qəti addımın məqsədi digər tədbirlərlə yanaşı, vətəndaşların qriven gəlirlərini və əmanətlərini qorumaq, qriven aktivlərinin cəlbediciliyini artırmaq, valyutaya təzyiqi azaltmaqdır. Bu, yekun nəticədə UMB-nin məzənnə sabitliyini təmin etmək və inflyasiya proseslərinin qarşısını almaq qabiliyyətini gücləndirəcək”, – Milli Bankdan bildirilib.

Xatırladaq ki, Ukraynada 2020-ci ilin iyunundan 2021-ci ilin martına qədər uçot dərəcəsi tarixi minimum səviyyədə – illik 6% olub. Sonra uçot dərəcəsi tədricən artıb, sonuncu dəfə bu il yanvarın 21-də onun 1 faiz bəndi artaraq illik 10% olmasına qərar verilmişdi.

Report