Üçtərəfli danışıqların müzakirə mövzusu nə olub? – ŞƏRHbackend

Xəbər verdiyimiz kimi,dekabrın 26-da Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin rəhbərlərinin qeyri-rəsmi görüşü keçirilib.Görüşdən əvvəl Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Azərbaycan Rusiya və Ermənistan arasında üçtərəfli görüşün keçirməyəcəyini bildirsə də ,bu gün Ermənistanın Baş Naziri ilə görüşən Rusiya lideri Vladimir Putin üçtərəfli danışıqların aparıldığını açıqlayıb:“Sizinlə söhbətə dünəndən başlamışıq və üçtərəfli danışıqlar aparmaq mümkün oldu”-Putin Paşinyanla görüşü zamanı deyib.Görüşdən verilən məlumata görə,Putin bildirib ki, üçtərəfli danışıqlar zamanı Ermənistan -Azərbaycan münasibətləridə müzakirə edilib.

Mövzu ilə bağlı Yeni Gundem”açıqlama verən Politoloq İlyas Hüseynov bildirdi ki, görüş nə qədər qapalı xarakter daşısada,eyni zamanda Laçın yolundan ki ,olan prosseslərə, Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasına həsr olunub:

“Hər ilin sonunda MDB Dövlət başçılarının sammiti keçirilir.Bu ildə sammit Sankt-Peterburqda icra olundu.Azərbaycan Prezidenti İlham Əliyevdə tədbirdə iştirak etdi.Lakin əvvəldən Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirdi ki, üçtərəfli görüş nəzərdə tutulmayıb.Vladmir Putin Paşinyanla ikitərəfli görüşündə bu məsələyə diqqət çəkdi.Bildirdi ki, üçtərəfli danışıqlar aparılıb.Lakin bu danışıqların təffarüatları mediaya açıqlanmayıb.Oktyabrın 31-də Soçidə Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan mühüm görüş keçirib.Sank-Peterburqda keçirilən sammit Rusiya üçün yaxşı fürsət formalaşdırırdı ki, üçtərəfli görüş icra olunsun.Düşünürəm ki,bu görüş nə qədər qapalı xarakter daşısada,eyni zamanda Laçın yolundan ki ,olan prosseslərə , Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasına həsr olunub.Diplomatik siyasi direktdə 2022-ci il ərzində Azərbaycanın həyata keçirdiyi fəaliyyəti uğurlu hesab etmək olarİstər Avropa İttifaqının,istər Rusiyanın ,istərsədə ABŞ-ın vasitəsiçiliyi ilə keçirilən görüşlərdə Azərbaycan qəti şəkildə öz mövqeyini ortaya qoydu.Əfsuslar olsun ,ilin sonuna qədər sülh müqaviləsinin imzalanması mümkün olmadı.Danışıqlar növbəti ildə də davam etdiriləcək.”