Üçtərəfli İşçi Qrupunun iclası yaxın günlərdə davam etdiriləcəkbackend

Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin iştirakı ilə dekabrın 1-də keçirilən Üçtərəfli İşçi Qrupunun iclası yaxın günlərdə davam etdiriləcək.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın ofisi yayıb: “Görüş dünən başlasa da, başa çatmayıb. Hələ ki, görüşün tarixi və yeri barədə dəqiq məlumat yoxdur”.

Bildirilir ki, görüşün nəticələrinə gəldikdə isə, bu barədə yalnızca görüşdən sonra danışmaq mümkün olacaq.