UEFA Azərbaycan klublarına pul ayırdıbackend

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən, lakin UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərinin qrup mərhələsində iştirak etməyən klublara 2019/20-ci il mövsümünü əhatə edən qurumun “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində əlavə maliyyə vəsaiti ayırıb.

“Yeni Gündəm” AFFA-nın saytına istinadən xəbər verir ki, vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

“Qarabağ” ötən mövsüm Avropa Liqasının qrup mərhələsində oynadığı üçün bu komandaya pul ayrılmayıb. Premyer Liqanın digər 7 təmsilçisinin – “Neftçi”, “Səbail”, “Qəbələ, “Zirə”, “Sumqayıt”, “Sabah” və “Keşlə”nin hər birinə isə 74 633 71 avro ödənilib.

Qeyd edək ki, “Keşlə” üçün nəzərdə tutulmuş vəsait aylıq cari xərcləri ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.