UEFA Bakı Olimpiya Stadionunu təltif etdibackend

Bakı Olimpiya Stadionu (BOS) UEFA-nın baş katibinin müavini Giorgio Marçetti tərəfindən təltif edilib.

Bu barədə “Yeni Gündəm”-ə stadionun rəsmi saytına istinadən xəbər verir.

Məlumata görə, BOS Avropa çempionatında A qrupunun 3 oyunu arasında müddətin azlığına və isti hava şəraitinə baxmayaraq arenanın ot örtüyünü ideal vəziyyətdə saxlanıldığı üçün mükafatlandırılıb.