UEFA bu gün Avropa çempionatı ilə bağlı qərar verəcəkbackend

Bu gün UEFA-nın video-konfransı keçiriləcək.

“Yeni Gündəm” xəbər verir ki, Bakı vaxtı ilə 16:00-da təşkil ediləcək iclasa quruma üzv olan 55 ölkənin federasiyası qatılacaq.

Toplantıda koronavirusun qitə futbolunda yaratdığı problemlər müzakirə ediləcək. Qitə qurumunun iclasında Avropa çempionatı, Çempionlar Liqası, Avropa Liqası və daxili yarışlarla bağlı fikir mübadiləsi aparılacaq.